Bakı. Trend:
Quba Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə "Grace of Nature" turnirinin ikinci günü davam edir.
Trend-in məlumatına görə, 3 gün davam edəcək yarışlarda fərdi proqramlar və qrup hərəkətləri üzrə qaliblər müəyyən olunacaq.
Yarışda 26 klubdan 255 idmançı iştirak edir.
Gimnastlar kiçiklər (2017-2018-ci il təvəllüdlü), balacalar (2014-2016-cı il təvəllüdlü), yeniyetmələr (2012-2013-cü il təvəllüdlü) və gənclər (2009-2011-ci il təvəllüdlü) yaş kateqoriyasında çıxış edəcəklər. Fərdi yarışda çoxnövçülük və fərdi alətlər, qrup hərəkətlərində isə iştirakçılar yalnız fərdi alətlər üzrə proqramla çıxış edəcəklər.
Turnirdə ölkənin müxtəlif klublarından idmançılar iştirak
edəcəklər. Bu isə yarışlara xüsusi maraq qatacaq. "Grace of Nature"
turniri gənc gimnastlara öz bacarıqlarını nümayiş etdirmək və
təcrübə qazanmaq üçün əla fürsət yaradır!
"Grace of Nature" turnirinə sentyabrın 26-sı yekun vurulacaq.