Bakı. Trend:
Quba Olimpiya İdman Kompleksində keçirilən bədii gimnastika üzrə "Grace of Nature" turnirinin ikinci gününün qalibləri mükafatlandırılıb.
Trend-in məlumatına görə, mərasimdə 60-a qədər gimnast mükafatlandırılıb.
Üç gün davam edəcək yarışlarda fərdi proqramlar və qrup hərəkətləri üzrə qaliblər müəyyən olunur.
Yarışda 26 klubdan 255 idmançı iştirak edir.
Gimnastlar kiçiklər (2017-2018-ci il təvəllüdlü), balacalar (2014-2016-cı il təvəllüdlü), yeniyetmələr (2012-2013-cü il təvəllüdlü) və gənclər (2009-2011-ci il təvəllüdlü) yaş kateqoriyasında çıxış edəcəklər. Fərdi yarışda çoxnövçülük və fərdi alətlər, qrup hərəkətlərində isə iştirakçılar yalnız fərdi alətlər üzrə proqramla çıxış edirlər.
Turnirdə ölkənin müxtəlif klublarından idmançılar iştirak edəcəklər. Bu isə yarışlara xüsusi maraq qatacaq. "Grace of Nature" turniri gənc gimnastlara öz bacarıqlarını nümayiş etdirmək və təcrübə qazanmaq üçün əla fürsət yaradır. "Grace of Nature" turnirinə sentyabrın 26-sı yekun vurulacaq.
