...

"Grace of Nature" turniri başa çatıb (FOTO)

İdman Materials 26 Sentyabr 2024 17:19 (UTC +04:00)
"Grace of Nature" turniri başa çatıb (FOTO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Quba. Trend:

Quba Olimpiya İdman Kompleksində keçirilən bədii gimnastika üzrə "Grace of Nature" turniri başa çatıb.

Trend-in məlumatına görə, yarışın sonunda qaliblərin mükafatlandırma mərasimi keçirilib.

Mərasimdə 60-dan artıq gimnast mükafatlandırılıb.

Üç gün davam edən yarışlarda fərdi proqramlar və qrup hərəkətləri üzrə qaliblər müəyyən olunub.
Yarışda 26 klubdan 255 idmançı iştirak edib.

Gimnastlar kiçiklər (2017-2018-ci il təvəllüdlü), balacalar (2014-2016-cı il təvəllüdlü), yeniyetmələr (2012-2013-cü il təvəllüdlü) və gənclər (2009-2011-ci il təvəllüdlü) yaş kateqoriyasında çıxış ediblər. Fərdi yarışda çoxnövçülük və fərdi alətlər, qrup hərəkətlərində isə iştirakçılar yalnız fərdi alətlər üzrə proqramla çıxış ediblər.
Turnirdə ölkənin müxtəlif klublarından idmançılar iştirak edib. Bu isə yarışlara xüsusi maraq qatıb. "Grace of Nature" turniri gənc gimnastlara öz bacarıqlarını nümayiş etdirmək və təcrübə qazanmaq üçün əla fürsət yaradıb!

Xəbər lenti

Xəbər lenti