...

Stolüstü tennisçilərimiz 3 medal qazanıblar (FOTO)

İdman Materials 27 Sentyabr 2024 22:16 (UTC +04:00)
Stolüstü tennisçilərimiz 3 medal qazanıblar (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Stolüstü tennisçilərimiz Gürcüstanda təşkil olunan “WTT Youth Contender” turnirində ilk mükafatlarını qazanıblar.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Adil Əhmədzadə - Mərziyyə Nurmətova tandemi qarışıq qoşa yarışlarında etimadı doğruldub.

16 yaşlı idmançılarımız Batumidə keçirilən turnirdə U-19 yaş dərəcəsində üçüncü yeri tutublar. 13 yaşadək idmançıların şəxsi mübarizəsində isə Onur Quluzadə 1-ci, Yağmur Məmmədli 3-cü yerə layiq görülüb.

Qeyd edək ki, 11 ölkə stolüstü tennisçilərinin qatıldığı beynəlxalq yarışa sentyabrın 29-da yekun vurulacaq.

Xəbər lenti

Xəbər lenti