Bakı. Trend:
Erlinq Holand gələn yayda "Mançester Siti"ni tərk edə bilər.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə "El Nacional" nəşri məlumat yayıb.
Norveçli futbolçunun ingilis klubu ilə müqavilə müddəti 2027-ci ilin yayında bitəcək. "Mançester Siti" Holandla yeni müqavilə bağlamağa hazırlaşır. Hələlik, detallar barəsində məlumat verilməyib.
Qeyd edək ki, Erlinqin 2025-ci ildə İspaniyaya yollanacağı xəbərləri yayılıb. Onun "Real" və ya "Barselona"ya keçəcəyi gözlənilir. Bundan başqa, PSJ də Holandla ciddi maraqlanır.