Bakı. Trend:
Türkiyə Super Liqasının 14-cü turunda "Qalatasaray" səfərdə "Eyüpspor"la 2:2 hesablı heç-heçə edib.
Trend xəbər verir ki, millimizin sabiq üzvü Taşkın İlter oyunun sonlarına yaxın mükəmməl ötürmə ilə komandasını məğlubiyyətdən xilas edib.
Bu heç-heçə ilə Okan Burukun rəhbərlik etdiyi "Qalatasaray" ardıcıl 5 qələbədən sonra ilk dəfə xal itirdi. Hazırda 35 xalla turnir cədvəlinin lideri olan "sarı-qırmızılılar", ən yaxın rəqibi "Fənərbaxça"nı 6 xal qabaqlayır.
"Fənərbaxça" isə sabah "Qaziantep"ə qarşı keçirəcəyi oyunla xal fərqini azaltmaq üçün böyük fürsət əldə edib.