...

Son 16 mövsümün antirekordu

İdman Materials 9 Dekabr 2024 11:05 (UTC +04:00)
Son 16 mövsümün antirekordu
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Premyer Liqanın 16-cı turunda “Zirə”yə 0:4 hesabı ilə uduzan “Kəpəz” cari mövsümdə ümumilikdə 39 qol buraxıb.

Trend xəbər verir ki, bu göstərici son 16 mövsümün antirekordudur.

2009-cu ildən indiyədək heç bir komanda ilk 16 oyunda bu qədər top buraxmayıb.

Daha çox qola üzülən sonuncu komandaya 2008/2009 mövsümündə təsadüf olunub. Həmin vaxt “Bakılı” 16 görüşdə 41 dəfə topu qapısında görüb.

Qeyd edək ki, tarixin antirekordu isə 1996/97 mövsümünün 16 turunda 82 qol (texniki məğlubiyyətə görə verilən 0:3 hesabı nəzərə alınmadan) buraxan “Şəmkir”ə məxsusdur.

Xəbər lenti

Xəbər lenti