Bakı. Trend:
Misli Premyer Liqasının XXII turuna start verilib.
Trend xəbər verir ki, turun ilk günündə iki qarşılaşma baş tutub.
Günün açılış matçı Şamaxıda keçirilib. Turnir cədvəlinin aşağı sıralarından uzaqlaşmağa çalışan “Şamaxı” doğma meydanda “Sumqayıt”ı qəbul edib. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb – 1:0.
Bakıda isə günün ikinci oyunu ilk "beşlik"də yer alan komandalar arasında baş tutub. “Sabah” və “Turan Tovuz”un dueli meydan sahiblərinin əzmkar qələbəsi ilə başa çatıb – 2:1.
xxx
10:40
Bu gün Misli Premyer Liqasında XXII tura start veriləcək.
Trend xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Saat 14:30-da başlayacaq oyunda “Şamaxı” evdə “Sumqayıt”ı qəbul edəcək. “Şamaxı” hazırda turnir cədvəlində
17 xalla 9-cu pillədədir. 22 xala malik “Sumqayıt” isə altıncıdır.
Günün ikinci matçında isə “Sabah”la “Turan Tovuz” qarşılaşacaq. “Bank Respublika Arena”da keçiriləcək oyun saat 17:00-da başlayacaq. 36 xala malik “Turan Tovuz” hazırda turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Sabah” isə 28 xalla beşincidir.
Misli Premyer Liqası -XXII tur
9 fevral
14:30. “Şamaxı” – “Sumqayıt”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Munis Abdullayev.
Şamaxı şəhər stadionu
17:00. “Sabah” – “Turan Tovuz”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov.
VAR: Cavid Cəlilov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: İmanxan Sultani.
“Bank Respublika Arena”
Qeyd edək ki, XXII turun digər oyunları fevralın 10-da və 11-də keçiriləcək.