...

“Neftçi” braziliyalı futbolçunun transferini açıqlayıb

İdman Materials 11 Fevral 2025 01:17 (UTC +04:00)
“Neftçi” braziliyalı futbolçunun transferini açıqlayıb

Bakı. Trend:

"Neftçi" braziliyalı futbolçu Aleks Fernandesin transferini açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

22 yaşlı futbolçu Rusiyanın “Baltika” klubundan bu mövsümün sonuna kimi icarəyə götürülüb. Razılaşmaya görə, icarə müddəti sonradan daha 6 ay uzadıla bilər. Aleks Braziliyanın “Atletiko Mineyro” və “Santos” klublarının U-20 komandalarında çıxış edib, 2022-ci ildə isə Bolqarıstan “Çerno More”sinə keçib. 2024-cü ilin fevralından şərəfini qoruduğu “Baltika”nın heyətində Rusiya birinci liqasında bu mövsüm meydana çıxdığı 15 oyunda 3 qola imza atıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti