...

Azərbaycanın gənc taekvondoçusu beynəlxalq turnirdə qızıl medal qazanıb

İdman Materials 14 Fevral 2025 00:58 (UTC +04:00)
Azərbaycanın gənc taekvondoçusu beynəlxalq turnirdə qızıl medal qazanıb

Bakı. Trend:

Azərbaycanın gənc taekvondoçusu Humay Dadaşova Antalya şəhərində keçirilən G-2 kateqoriyalı Türkiyə Açıq beynəlxalq turnirində qızıl medal qazanıb.

Bu barədə Trend-ə Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib.

46 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Xəbər lenti

Xəbər lenti