...

"Qarabağ" "Neftçi"ni məğlub edib - Misli Premyer Liqası

İdman Materials 16 Fevral 2025 21:05 (UTC +04:00)
"Qarabağ" "Neftçi"ni məğlub edib - Misli Premyer Liqası
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Futbol üzrə Misli Premyer Liqasında XXIII turun mərkəzi oyunu keçirilib.

Trend-in məlumatına görə, "Neftçi" öz meydanında "Qarabağ"la qarşılaşıb. “Neftçi Arena”da təşkil olunan matçın taleyini 1 qol həll edib. Ağdam təmsilçisinin yarımmüdafiəçisi Marko Yankoviç 88-ci dəqiqədə penaltidən “Panenko” zərbəsi ilə rəqib qapısına yol tapıb və komandasına səfərdə vacib qələbə qazandırıb.

Ağdam təmsilçisi 22-ci dəqiqədə meydanda azlıqda qalıb. Müdafiəçi Kevin Medina birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Yeri gəlmişkən, bu matçda cari mövsümün tamaşaçı rekordu qırılıb. Görüşü tribunadan 9355 azarkeş izləyib.

Bu qələbə ilə xallarını 56-ya çatdıran “Qarabağ” liderliyini möhkəmlədib. “Neftçi” isə 24 xalla 6-cı pillədə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti