Bakı. Trend:
Bu gün Misli Premyer Liqasında 25-ci tura start veriləcək.
Trend xəbər verir ki, ilk gündə iki matç keçiriləcək. Turun açılış oyununda “Səbail” “Şamaxı”nı qəbul edəcək.
"Şamaxı" 21 xalla səkkizinci, "Səbail" isə 18 xalla sonuncu pillədə qərarlaşıb.
Günün digər oyununda "Qarabağ" "Sumqayıt"ın qonağı olacaq. Kubok da nəzərə alınsa, “Gənclik şəhəri”nin təmsilçisi 10 matçdır qol vura bilmir. Vaqif Cavadovun komandası sonuncu dəfə ötən il dekabrın 8-də “Neftçi” ilə matçda fərqlənib.
Qeyd edək ki, turun digər oyunları martın 4-ü və 5-i keçiriləcək.