...

Azərbaycanın U-17 yığması UEFA İnkişaf Turnirində iştirak edəcək

İdman Materials 8 Aprel 2025 18:32 (UTC +04:00)
Azərbaycanın U-17 yığması UEFA İnkişaf Turnirində iştirak edəcək
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

17 yaşadək futbolçulardan ibarət (2009-cu il təvəllüd) Azərbaycan milli komandası Moldovanın paytaxtı Kişineuda UEFA İnkişaf Turnirində iştirak edəcək.

Trend AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, turnir aprelin 13-dən 20-dək təşkil olunacaq.

U-17 Moldova, Gürcüstan və Estoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə mübarizə aparacaq.

Milli komanda turnirə hazırlıq məqsədilə aprelin 9-dan 12-dək Bakıda təlim-məşq toplanışı keçəcək. Hazırlıq prosesinə 22 futbolçu cəlb olunub.

UEFA İnkişaf Turnirindəki oyunların təqvimi

14 aprel

15:30. Moldova – Azərbaycan

“Zimbru” stadionu

16 aprel

12:00. Azərbaycan – Gürcüstan

Moldova Futbol Federasiyasının Texniki Mərkəzi

19 aprel

12:00. Estoniya – Azərbaycan

Moldova Futbol Federasiyasının Texniki Mərkəzi

Qeyd edək ki, matçların başlama saatı Bakı vaxtı ilə göstərilib.

Xəbər lenti

Xəbər lenti