...

Azərbaycanın cüdo üzrə olimpiya çempionu Avropa çempionatını buraxacaq

İdman Materials 22 Aprel 2025 10:32 (UTC +04:00)
Azərbaycanın cüdo üzrə olimpiya çempionu Avropa çempionatını buraxacaq
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Cüdo üzrə Avropa çempionatında çıxış edəcək Azərbaycan milli komandasının heyətində dəyişiklik olub.

Azərbaycan Cüdo Federasiyasından Trend-ə verilən məlumata görə, olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov (73 kiloqram) xəstələndiyi üçün həkimlərin qərarı ilə heyətdən çıxarılıb.

Onu Avropa çempionatında Rəşid Məmmədəliyev əvəz edəcək.

Qeyd edək ki, cüdo üzrə böyüklər arasında Avropa çempionatı aprelin 23–27-də Monteneqroda keçiriləcək. Mötəbər turnirdə Azərbaycanı 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti