Bakı. Trend:
Misli Premyer Liqasında XXXV turun son oyun günündə iki qarşılaşma baş tutub.
Trend-in məlumatına görə, ilk oyun günorta saatlarında Bakıda keçirilib. “Neftçi” doğma meydanda “Səbail”i 3:0 hesabı ilə məğlub edib.
Günün ikinci oyunu da paytaxtda baş tutub. “Qarabağ” komandası “Kəpəz”i qəbul edib və Ağdam təmsilçisi rəqibinə heç bir şans verməyərək inamlı qələbə qazanıb.
Qarşılaşmadan sonra çempionluq mükafatlandırma mərasimi keçirilib. Mövsümün qalibi olan “Qarabağ” klubuna Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Peşəkar Futbol Liqasının (PFL) rəhbərliyi tərəfindən çempionluq kuboku və qızıl medallar təqdim olunub.
XXX
09:40
Misli Premyer Liqasında XXXV tura bu gün baş tutacaq iki oyunla yekun vurulacaq.
Trend xəbər verir ki, əvvəlcə "Neftçi" "Səbail"i qəbul edəcək. Görüş saat 17:00-da başlayacaq.
"Neftçi" hazırda 40 xalla turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb. Sonuncu yerdə olan "Səbail"in isə 22 xalı var.
Turun son matçı Bakıda baş tutacaq. "Qarabağ" evdə "Kəpəz" ilə üz-üzə gələcək. Matçın start fiti saat 19:00-da səsləndiriləcək. "Qarabağ" turnir cədvəlində 83 xalla vahid liderdir. Səkkizinci olan "Kəpəz"in isə 32 xalı var.
Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində "Araz-Naxçıvan" "Şamaxı"nı (1:0), "Turan" isə "Sumqayıt"ı (1:0) məğlub edib. "Zirə" "Sabah" (1:1) oyununda heç-heçə qeydə alınıb.
