...

"Milan" ekvadorlu futbolçunu heyətinə qatacaq

İdman Materials 22 İyul 2025 04:59 (UTC +04:00)

Bakı. Trend:

Pervis Estupinyan “Milan”a keçəcək.

Trend xəbər verir ki, insayder Fabritsio Romanonun məlumatına görə, İtaliya klubu “Brayton”la 27 yaşlı müdafiəçinin transferi barədə şifahi razılığa gəlib. Futbolçu uzunmüddətli müqavilə imzalayacaq.

Transferin məbləği 17 milyon avro təşkil edəcək, əlavə olaraq 2 milyon avro bonus ödənişləri də nəzərdə tutulub.

Ekvadorlu futbolçu ötən mövsüm Premyer Liqada 30 oyunda iştirak edib, 1 qol və 1 assistlə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti