Bakı. Trend:
Abşeron sakini hündürmərtəbəli binadan yıxılaraq həyatını itirib.
Trend-in məlumatına görə, hadisə iyulun 21-i, saat 09 radələrində baş verib.
Belə ki, 1996-cı il təvəllüdlü Nastakalov Anar İsa oğlu fəhlə işlədiyi Abşeron rayonu, Xırdalan şəhəri ərazisində tikilməkdə olan çoxmərtəbəli binanın 3-cü mərtəbəsindən yıxılaraq ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.