...

Dual peşə təhsilində iştirakçı sayı artır - Direktor

Cəmiyyət Materials 21 İyul 2025 11:34 (UTC +04:00)
Dual peşə təhsilində iştirakçı sayı artır - Direktor
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda dual peşə təhsili sahəsində iştirak səviyyəsi ildən-ilə artır. 2024–2025-ci tədris ili üzrə dual sistemlə təhsilə 1273 tələbə cəlb olunmuşdusa, 2025–2026-cı tədris ili üçün bu göstərici 2160 tələbə səviyyəsində planlaşdırılır.

Trend xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, hazırda dual peşə təhsili 16 regionda həyata keçirilirsə, növbəti tədris ilində bu rəqəm 18 regiona çatdırılacaq:

“Eyni zamanda, 25 Peşə Təhsili Müəssisəsi (PTM) ilə aparılan əməkdaşlıq sayı 28 PTM-ə, 30 ixtisas üzrə keçirilən tədris isə 46 ixtisasa yüksəldiləcək. Dual peşə təhsili sistemində əməkdaş olan tərəfdaş müəssisələrin sayı da artırılaraq 110 tərəfdaşdan 150-yə çatdırılması nəzərdə tutulur”.

Ceyhun Kərəmov əlavə edib ki, dual təhsil modeli üzrə fəaliyyət göstərən regionlara Bakı, Sumqayıt, Gəncə, Şəki, Şamaxı, Bərdə, İmişli, Qəbələ, Cəlilabad, Xaçmaz, Qax, İsmayıllı, Balakən, Göyçay, Kürdəmir, Neftçala və digər bölgələr daxildir:

“Dual qruplara ümumilikdə 1273 nəfər qəbul olunub. Onlardan 1088-i tədris ilini məzun kimi başa vurub. Məzunların 562 nəfəri artıq iş təklifi alıb”.

Xəbər lenti

Xəbər lenti