...

Renat Dadaşov Polşanın "Motor Lublin" klubunda debüt edib

İdman Materials 21 İyul 2025 01:27 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Polşanın "Motor Lublin" klubunda ilk oyununu keçirib.

Trend xəbər verir ki, Polşayüksəl liqasında yeni mövsümün ilk turu çərçivəsində Dadaşovun komandası öz meydanında "Arka" ilə qarşılaşıb və 1:0 hesabı ilə qələbə qazanıb.

Oyunda yeganə qolu 60-cı dəqiqədə Jak Ndiaye vurub. Azərbaycanlı futbolçu oyuna ehtiyat skamyasında başlayıb, lakin ikinci hissədə meydana daxil olub və sarı vərəqə ilə yadda qalıb.

Qeyd edək ki, Dadaşov ötən mövsümün ikinci yarısında Polşanın digər klubu "Radomyak"da çıxış edib.

Xəbər lenti

Xəbər lenti