Bakı. Trend:
Yaponiyanın Liberal Demokratik Partiyası və "Komeyto" Partiyasının hakim koalisiyası keçirilən seçkilərin nəticələrinə əsasən parlamentin yuxarı palatasında çoxluğu itirib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin seçki komissiyalarının məlumatlarına görə, hakim koalisiya çoxluğu qorumaq üçün yuxarı palatada 124 yerdən ən azı 50 mandat əldə etməli idi, lakin bu nəticəyə nail ola bilməyib.
Qeyd edək ki, hakim blok 2024-cü ilin payızında da parlamentin əsas aşağı palatasında çoxluğu itirmişdi. Lakin müxalifət daxilində fikir ayrılıqları səbəbindən azlıq hökuməti formalaşdıraraq hakimiyyətdə qalmağa nail olmuşdu.