...

Azərbaycanda çay istehsalı azalıb

İqtisadiyyat Materials 19 İyul 2025 14:59 (UTC +04:00)
Azərbaycanda çay istehsalı azalıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-iyun aylarında Azərbaycanda 5 min 668 ton çay istehsal edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, çay istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 218 ton və ya 3,7% azdır. Keçən ilin ilk altı ayı ərzində ölkədə 5 min 886 ton çay istehsal edilmişdi.

Cari ilin iyulun biri vəziyyətinə ölkədə hazır məhsul ehtiyatı 78,1 ton təşkil edib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycandan xarici ölkələrə 353 ton çay ixrac edilib. Xarici ölkələrdən Azərbaycana idxal edilmiş çayın miqdarı isə 7 min 51 ton olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti