Bakı. Trend:
Sosial şəbəkələrdə Abşeron rayonu, Xırdalan şəhərində çoxmənzilli yaşayış binasında sakinlərdən birinin guya zorakılığa məruz qalması ilə bağlı görüntülər yayılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimovun Trend-ə verdiyi məlumata görə, yayılan görüntülərdəki 33 yaşlı şəxs sərxoş vəziyyətdə olub və təhlükəli davranışlar sərgilədiyindən ailə üzvləri binanın komendantını köməyə çağırıblar. Məqsəd baş verə biləcək insidentin qarşısını almaq olub.
Araşdırma nəticəsində məlum olub ki, həmin şəxs hadisə zamanı heç bir zorakılıq və ya cinayət xarakterli hərəkətə məruz qalmayıb. Onun hüquqazidd davranışlarının qarşısı alınıb və polis orqanına aparılıb.
Faktla bağlı araşdırma davam edir.