...

Rüstəm Əhmədzadə ilə üç klub maraqlanır

İdman Materials 20 İyul 2025 21:16 (UTC +04:00)
Rüstəm Əhmədzadə ilə üç klub maraqlanır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Qarabağ" FK hücumçu Rüstəm Əhmədzadə ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Trend-in məlumatına görə, son iki mövsümü icarə əsasında "Zirə" klubunda keçirən 24 yaşlı futbolçu artıq Premyer Liqa klublarından yeni təkliflər alıb.

Hazırda "Sumqayıt", "Qəbələ" və "Kəpəz" klubları millimizin də formasını geyinmiş futbolçunun xidmətində maraqlıdır.

Ukrayna doğumlu hücumçu 2022-ci ildə "Minay" klubundan "Qarabağ"a transfer olunmuşdu və Azərbaycanda futbol karyerasını davam etdirmək niyyətindədir. Lakin futbolçunun maliyyə tələbləri əsas maneə olaraq qalır – Rüstəm Əhmədzadə aylıq 10 min manat maaş istəyir.

Xəbər lenti

Xəbər lenti