...

Hava həyəcanı səslənirsə, deməli razılıq əldə olunmayıb – Zelenski

Dünya xəbərləri Materials 5 Fevral 2026 18:08 (UTC +04:00)
Hava həyəcanı səslənirsə, deməli razılıq əldə olunmayıb – Zelenski
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Ukrayna prezidenti Volodimir Zelenski bu gün Rusiyanın əsirliyindən 157 ukraynalı hərbçinin azad edilməsindən sonra ukraynalı danışıqlar qrupuna növbəti hərbi əsir mübadilələrinin keçirilməsi barədə razılıq əldə etməyə çalışmaq tapşırığını verib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər veir.

O, Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya nümayəndələrinin iştirakı ilə keçirilən üçtərəfli danışıqların nəticələrini şərh edib.

Zelenski qeyd edib ki, artıq ukraynalı danışıqlar qrupu ilə qısa ünsiyyət qurub. Lakin həmin anda hava həyəcanı siqnalı səslənib.

“Əgər indi həyəcan siqnalı səslənirsə, bu o deməkdir ki, müharibənin başa çatdırılması barədə razılıq əldə olunmayıb. Düşünürəm ki, bu, sizə də, bizə də aydındır”, – deyə Zelenski Kiyevdə Polşanın Baş naziri Donald Tuskla birgə keçirilən mətbuat konfransında deyib.

Zelenski hərbi əsirlərin mübadiləsinə də münasibət bildirib.

“Bu, çox yaxşıdır. Ukraynanın 157 döyüşçüsü evinə qayıdacaq. Mən xahiş etdim ki, bu istiqamət bir daha gündəmə gətirilsin. Buna görə də düşünürəm ki, qruplar indi yenidən görüşəcək və bu məsələni müzakirə edəcəklər. Çünki onlar hazırda bu mübadiləni müzakirə ediblər və o, baş tutub. Növbəti mübadilələr məsələsini də qaldırmaq lazımdır”,– deyə Zelenski bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti