Bakı. Trend:
“Beynəlxalq, regional, dövlətlərarası və xarici dövlətlərin standartlarının Azərbaycan Respublikasının ərazisində tətbiqi Qaydaları” təsdiq edilib.
Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, beynəlxalq standartların Azərbaycan Respublikasının ərazisində birbaşa tətbiqi ölkəmizin milli iqtisadiyyatının maraqları nəzərə alınmaqla onun milli standartlaşdırma qurumunun qərarı ilə dövlət standartı kimi qəbul edilməsi əsasında həyata keçiriləcək.
