...

İsveç Kiyevə 110 milyon dollar həcmində yardım edəcək

Dünya xəbərləri Materials 5 Fevral 2026 19:00 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İsveç hökuməti 2026-cı ildə Ukraynanın enerji sektorunda dəstək məqsədilə 1 milyard İsveç kronu (110 milyon ABŞ dollarından çox) həcmində vəsaitin ayrılması haqda qərar qəbul edib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsveçin İnkişaf və Xarici Ticarət naziri Bencamin Dous açıqlama verib

“İsveçin yardımı dərhal Ukraynanın enerji təchizatının bərpası üçün zəruri olan elektrik stansiyalarına, qızdırıcı qurğulara və ehtiyat hissələrinə yönəldiləcək”, - deyə o vurğulayıb.

Yanvarın 27-də Ukraynanın Baş nazirinin birinci müavini və Energetika naziri Denis Şmıqal bildirib ki, Kiyevdə hələ də 710 min istehlakçı elektrik enerjisi ilə təmin olunmur. Onun sözlərinə görə, paytaxtı proqnozlaşdırılan elektrik kəsintisi qrafiklərinə keçirmək hələlik mümkün olmur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti