...

Üçtərəfli danışıqlar fonunda Ukrayna ilə Rusiya arasında kütləvi əsir mübadiləsi olub

Dünya xəbərləri Materials 5 Fevral 2026 16:22 (UTC +04:00)
Üçtərəfli danışıqlar fonunda Ukrayna ilə Rusiya arasında kütləvi əsir mübadiləsi olub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı üçtərəfli (Ukrayna, Rusiya, ABŞ) danışıqlar fonunda Rusiya ilə Ukrayna orduları arasında növbəti əsir mübadiləsi baş tutub.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata əsasən, fevralın 5-də Kiyevin nəzarətində olan ərazidən 157 rusiyalı hərbçi Rusiyaya təhvil verilib. Əvəzində Ukrayna Silahlı Qüvvələrinin eyni sayda hərbi əsiri qarşı tərəfə təhvil verilib.

“Hazırda rusiyalı hərbçilər Belarus Respublikasının ərazisindədirlər və onlara zəruri psixoloji və tibbi yardım göstərilir”, – Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ Prezidentinin Xüsusi Elçisi Stiv Uitkoff BƏƏ-dəki danışıqlarda Rusiya və Ukraynanın 314 əsirin dəyişdirilməsi barədə razılığa gəldiklərini elan etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti