Bakı. Trend:
"Fənərbağça" Türkiyə Kubokunda növbəti oyununu keçirib.
Trend xəbər verir ki, C qrupunda yer alan İstanbul klubu III turda "Ərzurumspor"u qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. "Fənərbağça"nın qollarını Marko Asensio və Anderson Talişka (2) vurublar. Qonaq komandadan isə Mustafa Fəttahoğlu fərqlənib.
Bu qələbə ilə xallarını 6-ya çatdıran "Fənərbağça" 3-cü pilləyə yüksəlib.