...

Ötən ay 11 kişi məişət zorakılığı ilə bağlı müraciət edib - Rəsmi

Cəmiyyət Materials 6 Fevral 2026 09:47 (UTC +04:00)
Ötən ay 11 kişi məişət zorakılığı ilə bağlı müraciət edib - Rəsmi
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Yanvar ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 54 müraciət daxil olub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin Məişət zorakılığının qarşısının alınması sektorunun məsləhətçisi İradə Məmmədova məlumat verib.

Onun sözlərinə görə, müraciətlərin 11-i kişilər, 42-si qadınlar tərəfindən olub:

"Bir müraciət isə yetkinlik yaşına çatmayan şəxs tərəfindən olub. Müraciətlərin 16-sı psixi, 3-ü iqtisadi zorakılıqla, 34-ü fiziki zorakılıqla bağlı olub. Cinsi zorakılıqla bağlı isə bir müraciət edilib".

Komitə rəsmisi qeyd edib ki, bu müraciətlərin hər biri müvafiq qurumlara yönləndirilib və neçəsinin təsdiqini tapıb-tapmadığı cavab məktublarından sonra bilinəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti