...

Uitkoff Ukrayna üzrə danışıqların ilkin nəticəsini açıqladı

Dünya xəbərləri Materials 5 Fevral 2026 14:43 (UTC +04:00)
Uitkoff Ukrayna üzrə danışıqların ilkin nəticəsini açıqladı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Ukrayna üzrə danışıqlar məhsuldar keçirilir, ancaq hələ də görüləsi çox iş var.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff “X” səhifəsində yazıb.

Onun sözlərinə görə, təfsilatlı və məhsuldar sülh danışıqları sayəsində tərəflər hərbi əsirlərin mübadiləsi üzrə razılığa gələ biliblər.

“Amma qarşıda hələ görüləsi çox iş var, belə addımlar onu göstərir ki, fasilasiz diplomatik qarşılıqlı fəaliyyət nəzərəçarpan nəticələr gətirir və Ukraynada müharibənin sona çatdırılmasına yönəlmiş ölçüləri möhkəmləndirir”,- deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti