Bakı. Trend:
İsrailin baş naziri Binyamin Netanyahu Misirin hərbi gücünün artmasının onu narahat etdiyini bildirib.
Trend xəbər verir ki, Netanyahu bu fikirləri İsrail parlamentinin Xarici Əlaqələr və Müdafiə Komitəsinin qapalı iclası zamanı səsləndirib.
Onun sözlərinə görə, İsrail ilə Misir arasında diplomatik əlaqələr və ümumi maraqlar mövcuddur, lakin hazırda Misir ordusu sürətlə gücləndirilir. Baş nazir qeyd edib ki, qonşu ölkənin hərbi potensialının həddindən artıq artmasının qarşısını almaq üçün proseslərin diqqətlə izlənməsi olduqca vacibdir.