...

"Qalatasaray" Türkiyə əsilli futbolçunu transfer etdi

İdman Materials 6 Fevral 2026 09:22 (UTC +04:00)
"Qalatasaray" Türkiyə əsilli futbolçunu transfer etdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Qalatasaray” heyətini yeni oyunçu ilə gücləndirib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi Can Armando Güneri 350 min avro qarşılığında transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Türkiyə əsilli argentinalı vinger Mönhenqladbax "Borussiya"sından heyətə cəlb edilib.

Qeyd edək ki, Can Armando Güner bu mövsüm “Borussiya"nın U-19 komandasında 14 matçda iştirak edib. 18 yaşlı futbolçu bu oyunlarda 4 qol vurub və 3 məhsuldar ötürmə edib. Güner Argentinanın U-17 millisində də çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti