...

İvanovka kəndində əkin sahələrinin su təminatı yaxşılaşdırılır - 7,6 milyon manatlıq LAYİHƏ

İqtisadiyyat Materials 5 Fevral 2026 19:19 (UTC +04:00)
İvanovka kəndində əkin sahələrinin su təminatı yaxşılaşdırılır - 7,6 milyon manatlıq LAYİHƏ
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İsmayıllı rayonunun İvanovka kəndində 1250 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması işlərinə başlanılır.

Trend-in dövlət satınalmalarının vahid internet portalına istinadən məlumatına görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bununla bağlı müvafiq işlərə start verib.

Belə ki, qurum sözügedən işlərin icrasını “İsmayıllı Tikinti-27” Açıq Səhmdar Cəmiyyətinə (ASC) həvalə edib və müqavilə bağlayıb. Müqaviləyə əsasən, şirkətə 7,570 milyon manat ödənilib.

Qeyd edək ki, ötən ilin aprelin 1-də Prezident İlham Əliyev İsmayıllı rayonunun İvanovka kəndində əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, İsmayıllı rayonunun İvanovka kəndində 1250 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə ilkin olaraq 5.000.000,0 (beş milyon) manat ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti