Bakı. Trend:
Yaxın iki ildə neftin bir barrelinin orta qiyməti 60 dollar təşkil edəcək.
Trend xəbər verri ki, bunu enerji sektorunda müstəqil tədqiqat və analitika ilə məşğul olan “Rystad Energy” şirkətinin Yaxın Şərq və Şimali Afrika regionu üzrə bölməsinin tədqiqatlar üzrə direktoru Aditya Sarasvat bildirib.
“Bu il neftin qiyməti bir barel üçün 60 dollar səviyyəsindədir və növbəti il üçün də proqnoz eynidir – 60 dollar. Bu, mövcud tələb və təklif balansına əsaslanan fundamental göstəricilərdir. Əlbəttə, geosiyasi sarsıntılar və ya OPEC-in siyasətindəki dəyişikliklər bazara təsir göstərə bilər, lakin ümumilikdə fundamental amillərin cari tələb və təkliflə birləşməsi məhz bu rəqəmi formalaşdırır”, – deyə o bildirib.
A. Sarasvatın sözlərinə görə, spot qiymətlərdə cüzi dalğalanmalar müşahidə olunur və geosiyasi hadisələr qiymət əlavələrini uzun müddət yüksək səviyyədə saxlaya bilmir.
“Məsələn, İranda vəziyyətin gərginləşməsi zamanı qiymətlər müvəqqəti olaraq yüksəlir, lakin sonradan yenidən aşağı düşür. Yəni hadisələr tədarük zəncirlərinə və ya tələbə birbaşa təsir etmədiyi halda, qiymətlər nisbətən sabit qalır”, – deyə o qeyd edib.
