Bakı. Trend:
2025-ci ilin dekabr ayının sonuna olan vəziyyətə görə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı portfeli 906 milyon avro həcmindədir və 36 layihəni əhatə edir.
Trend bu barədə AYİB-ə istinadən xəbər verir.
Məlumata görə, bankın həmin layihələrdə iştirak payı 1 faizdir, əməliyyat aktivlərinin həcmi isə 695 milyon avro olaraq qiymətləndirilir.
Portfelin ümumi dəyərində özəl sektorun payı 40 faiz təşkil edir.
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda fəaliyyətə başladığı vaxtdan etibarənölkə iqtisadiyyatına ümumilikdə 3,648 milyard avro həcmində investisiya yatırıb. Ayrılmış vəsaitlərin ümumi həcmi 3,390 milyard avro təşkil edir.
AYİB bu günədək Azərbaycanda 201 layihənin həyata keçirilməsinə dəstək göstərib.
