Bakı. Trend:
"Sumqayıt" futbol klubu daha bir oyunçusu ilə vidalaşıb.
Trend xəbər verir ki, müqavilə müddəti başa çatan müdafiəçi Sərtan Taşkın komandadan ayrılıb.
Klub futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, "Sumqayıt" klubu bundan əvvəl daha dörd futbolçusu ilə də yollarını ayırmışdı.