Bakı. Trend:
Azərbaycanlı boksçu İsmət Quliyev Moskvada keçirilən beynəlxalq turnirdə WBA Asia çempionluq titulunu qazanıb.
Trend xəbər verir ki, çempionluq kəməri uğrunda döyüşün “undercard” mərhələsində Quliyev tanzaniyalı rəqibi İssa Manyanzanı nokauta salaraq qələbə qazanıb.
Qeyd edək ki, Rusiyanın paytaxtında keçirilən bu boks gecəsi Rusiya Federasiyası Prezidentinin Təhlükəsizlik Xidmətinin yaradılması gününə həsr olunub.