...

Britaniya Ukraynanın silahlanması ilə bağlı 50 günlük kampaniya elan etməyə hazırlaşır - KİV

Dünya xəbərləri Materials 21 İyul 2025 09:28 (UTC +04:00)
Britaniya Ukraynanın silahlanması ilə bağlı 50 günlük kampaniya elan etməyə hazırlaşır - KİV
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyanın müdafiə naziri Con Hili Ukraynanın müdafiəsi ilə bağlı təmas qrupunun keçirdiyi iclasda Qərb ölkələrini Kiyevə hərbi dəstəyi artırmağa çağırmağa hazırlaşır.

Trend xəbər verir ki, bu məlumat “The Daily Telegraph” nəşrində dərc olunub.

Nəşrin öz mənbələrinə istinadən verdiyi məlumata əsasən, Hili iclasda Ukraynanın silahlanması ilə bağlı 50 gün müddətli kampaniya təşkil etmək niyyətindədir.

O, həmçinin, 50 gün ərzində Moskva ilə Vaşinqton arasında Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı razılaşmanın əldə olmayacağı təqdirdə, Rusiya və onun tərəfdaşlarına qarşı yeni sanksiyaların qəbulu ilə təhdid etmiş ABŞ prezidenti Donald Trampın bu təklifini dəstəkləməyi planlaşdırır.

Bundan başqa, nəşr yazır ki, görüşdə Almaniya və Böyük Britaniya Berlindən 170 milyon avroluq maliyyələşmə çərçivəsində hava hücumlarından müdafiə sistemləri üçün əlavə raketlərin alınması ilə bağlı razılığa gələ bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti