Bakı. Trend:
Masallıda 20 yaşlı gənc kanalda boğularaq ölüb.
Trend-in məlumatına görə, hadisə iyulun 19-da qeydə alınıb
Belə ki, 2005-ci il təvəllüdlü Əliyev İbad Güloğlan oğlu qardaşı Ramin Əliyevlə birlikdə balıq tutmaq üçün yaşadığı evdən təxminən 500 metr məsafədə yerləşən Şərəfə kanalına gedərək, balıq tutan zaman kanala düşüb.
O, boğularaq ölüb, meyiti qardaşı tərəfindən sudan çıxarılıb.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.