Bakı.Trend:
Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Birinci Qayıdış qəsəbəsi və Horadiz şəhəri ərazilərində qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilərək, bu barədə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.
Trend xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi məlumat yayın.
Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti və Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikililər sökülüb.