...

"Euronews" tərcümənin avtomatlaşdırılması üçün süni intellektdən istifadə etmək niyyətindədir - Klaus Ştrunz

Cəmiyyət Materials 21 İyul 2025 14:05 (UTC +04:00)
"Euronews" tərcümənin avtomatlaşdırılması üçün süni intellektdən istifadə etmək niyyətindədir - Klaus Ştrunz
Nursultan Ziyadov
Nursultan Ziyadov
Bütün xəbərlər

Şuşa. Trend:

Hazırda biz avtomatlaşdırılmış tərcümənin tətbiqinə fokuslanmışıq və bu, heç də asan tapşırıq deyil.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu “Euronews”un baş direktoru Klaus Ştrunz III Şuşa Qlobal Media Forumunda etdiyi çıxışda deyib.

Onun sözlərinə görə, redaksiyanın işinə süni intellektin inteqrasiyası əsas istiqamətlərdən başlayaraq tədricən və düşünülmüş şəkildə həyata keçirilməlidir.

“Hazırda tərcüməyə fokuslanmışıq – bu isə kifayət qədər mürəkkəb bir tapşırıqdır. Nəzərə alsaq ki, “Euronews” 12 dildə fəaliyyət göstərir, tərcümə artıq köməkçi funksiya olmaqdan çıxıb, o, bizim fəaliyyətimizin mərkəzi elementinə çevrilib”, – deyə o izah edib.

Baş direktor vurğulayıb ki, texnologiyaların ehtiyatlı və düşünülmüş şəkildə tətbiqi həm auditoriyaya, həm də kollektivə qarşı məsuliyyətlə bağlıdır:

“Əgər çox sürətlə hərəkət etsək, səhvlərə yol verə bilərik. Amma həddindən artıq yavaş hərəkət də risklidir. Biz düzgün ritmi tapmağa çalışırıq, çünki hər bir addım insanlara təsir edir, emosiyalar və şübhələr doğurur. Bu isə tamamilə təbiidir – axı məhz şübhə həqiqi innovasiyaların əsasında dayanır”, – deyə Ştrunz qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti