Bakı.Trend:
Xaçmaz rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində 22 İyul – Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib.
Trend xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz Rayon Təşkilatının sədri Məhəmməd Balaqadaşov, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, bölgədə çalışan mətbuat işçiləri və içtimaiyyət nümayəndələri iştirak ediblər.
Yığıncaqda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümumilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev mətbuat işçilərini təbrik edib, onlara peşə fəaliyyətlərində uğurlar arzulayıb. 150 illiyini qeyd etdiyimiz Azərbaycan milli mətbuatının böyük və şərəfli inkişaf yolu keçdiyini, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olduğunu bildirib. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və medianın inkişafı bu siyasətin mühüm hissəsidir.
Digər çıxış edənlər əməkdar jurnalist Azər Həsrət, "Bizim Media" saytının bölgə müxbiri Aytəkin Alxaslı,"Arb Günəş" televiziyasının direktoru Məhsim Məhsimov və təqaüddə olan mətbuat işçisi Ələsgər Babayev milli mətbuatımızın zəngin və şərəfli yoluna nəzər salıb, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra mətbuat sahəsində qazanılan uğurlardan danışıblar. Xaçmaz Rayon İcra Hakimiyyəti ilə tərəfindən kütləvi informasiya vasitələri ilə sıx və məhsuldar əlaqələrin yüksək səviyyədə qurulduğu vurğulanıb.
Mətbuat işçiləri göstərilən diqqət və qayğıya görə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Milli Mətbuat Günü münasibətilə media nümayəndələrinə hədiyyələr
təqdim olunub.
Bayram tədbiri Milli Mətbuat Gününə həsr olunmuş musiqili proqramla
davam edib. Şən mahnı və rəqslər iştirakçılarında xoş ovqat
yaradıb.