...

Bədii gimnastika üzrə qrup hərəkətləri komandası vətənə dönüb (FOTO)

İdman Materials 21 İyul 2025 11:01 (UTC +04:00)
Bədii gimnastika üzrə qrup hərəkətləri komandası vətənə dönüb (FOTO)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Bədii gimnastika üzrə qrup hərəkətləri komandası vətənə dönüb. Gimnastları hava limanında federasiyanın nümayəndələri, gənc gimnastlar və ailə üzvləri qarşılayıblar.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

Bildirilib ki, Almaniyada keçirilən 32-ci Ümumdünya Yay Universiadasında iştirak edən böyüklərdən ibarət qrup hərəkətləri komandası Universiadanı 3 medalla başa vuraraq vətənə dönüb.

Güllü Ağalarzadə, Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan və Kamilla Əliyevadan ibarət qrup müxtəlif proqramlar üzrə 2 qızıl, 1 gümüş medal qazanıb.

Bu, Universiadalar tarixində komanda yarışlarında gimnastlarımızın ilk uğurudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti