Bakı. Trend:
Bu gün Avropa Liqasının 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Trend xəbər verir ki, tədbirdə Azərbaycan çempionu “Qarabağ”ın da potensial rəqibləri bəlli olub.
Belə ki, səpələnməmişlər səbətində yer alan “Şelbrun” (İrlandiya) - “Qarabağ” cütünün məğlubu Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “HNK Riyeka” (Xorvatiya) – “Ludoqorets” (Bolqarıstan) cütünün məğlubu ilə qarşılaşacaq.
Bu mərhələnin oyunları avqustun 7-si və 14-də təşkil ediləcək. “Şelbrun” - “Qarabağ” cütünün məğlubu ilk oyunu səfərdə keçirəcək.
“Qarabağ” II təsnifat mərhələsində “Şelburn”la ilk oyununu iyulun 23-də səfərdə, cavab görüşünü isə iyulun 30-da evdə keçirəcək.