Bakı. Trend:
Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti dəfə təyinat alıb.
AFFA-dan Trend-ə verilən məlumata görə, o, UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 24-də keçiriləcək “Novi Pazar” (Serbiya) - “Yagelloniya” (Polşa) görüşünün hakim-inspektoru olacaq.
Qarşılaşma Novi Pazar şəhərində yerləşən “Qradski” stadionunda baş tutacaq.