...

Azərbaycana gətirilən elektromobillərin qiyməti 18%-ə yaxın ucuzlaşıb

İqtisadiyyat Materials 21 İyul 2025 09:57 (UTC +04:00)
Azərbaycana gətirilən elektromobillərin qiyməti 18%-ə yaxın ucuzlaşıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-iyun aylarında Azərbaycana xaricdən 929 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri (elektromobil) gətirilib.

Trend bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu sayda elektromobillərin idxalının dəyəri 31,625 milyon ABŞ dolları olub.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə, miqdar ifadəsi ilə 596 ədəd və ya 38,3%, dəyər ifadəsi ilə isə 30,589 milyon ABŞ dolları və ya təxminən iki dəfə azdır.

Ötən ilin birinci yarısında Azərbaycana xaricdən 62,214 milyon ABŞ dolları dəyərində 1 505 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri gətirilmişdi.

Hesabat dövründə ölkəyə idxal edilən bir ədəd elektromobilin orta qiyməti 34 min ABŞ dolları olub ki, bu da, illik müqayisədə 7,3 min ABŞ dolları, yaxud da 17,7% ucuzdur. 2024-üc ilin ilk altı ayında ölkəyə idxal edilən bir ədəd elektromobilin orta qiyməti 41,3 min ABŞ dolları olmuşdu.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycana 51 min 727 ədəd avtomobil idxal edilib. Bu sayda avtomobilin idxalına çəkilən xərcin həcmi 960,708 milyon ABŞ dolları olub. Avtomobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 9 min 392 ədəd və ya 22,2%, dəyər ifadəsi ilə 181,344 milyon ABŞ dolları, yaxud da 23,3% artıb.

Dövr ərzində ölkəyə 20,245 milyon ABŞ dolları dəyərində 250 ədəd sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri, 865,346 milyon ABŞ dolları dəyərində 47 min 199 ədəd əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri idxal edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti