...

Peşə təhsilinə 10 yeni ixtisas əlavə edilir

Cəmiyyət Materials 21 İyul 2025 11:15 (UTC +04:00)
Peşə təhsilinə 10 yeni ixtisas əlavə edilir
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə peşə təhsili üzrə 10 yeni ixtisas (5 yüksək texniki, 5 texniki peşə) əlavə olunur.

Trend xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov brifinqdə çıxışında deyib.

O bildirib ki, bunlara yüksək texniki ixtisaslara rəqəmsal məzmun idarəçiliyi, mekatronika, istehsalata rəqəmsal nəzarət sistemləri, tədbirlərin təşkili, satış və marketinq daxildir.

"Texniki ixtisaslara isə rəqəmsal inşaat, 3D oyun dizaynı, avtomobil daşımaları operatoru, qaz kəmərləri çilingəri və s. aiddir", - deyə o əlavə edib.

Ceyhun Kərəmov qeyd edib ki, Code Academy, CASA, İMZA Group ilə əməkdaşlıq nəticəsində beynəlxalq sertifikatlı təhsil imkanları yaradılıb.

Xəbər lenti

Xəbər lenti