Bakı. Trend:
2025-ci ildə 300-dən çox müəllim ixtisasartırma və beynəlxalq təlimlərə cəlb ediləcək.
Trend xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov peşə təhsili üzrə tələbə qəbulu ilə bağlı keçirilən brifinqdə deyib.
O bildirib ki, bu təlimlər Türkiyə, Almaniya və b. ölkələrdə təşkil ediləcək:
Böyük Qayıdış" çərçivəsində işğaldan azad edilmiş ərazilərdə isə 42 ixtisas üzrə 633 təlim keçiriləcək. 711 nəfər məzun olacaq".