...

Azərbaycan idmançıları bu gün Ümumdünya Yay Universiadasında beş növ üzrə çıxış edəcəklər

İdman Materials 21 İyul 2025 08:27 (UTC +04:00)
Azərbaycan idmançıları bu gün Ümumdünya Yay Universiadasında beş növ üzrə çıxış edəcəklər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın Reyn-Rur regionunda keçirilən Ümumdünya Yay Universiadasında bu gün Azərbaycan təmsilçiləri beş idman növündə mübarizə aparacaqlar.

Trend xəbər verir ki, idmançılarımız stolüstü tennis, taekvondo, üzgüçülük, çimərlik voleybolu və atletika yarışlarında qüvvələrini sınayacaqlar.

Hazırda Azərbaycanın aktivində üç medal var. Bədii gimnastika üzrə qrup hərəkətləri komandası iki qızıl və bir gümüş medal qazanaraq medal sıralamasında ölkəmizə ilk uğurları gətirib.

Yarışlar iyulun sonunadək davam edəcək.

Xəbər lenti

Xəbər lenti