Bakı. Trend:
2021-ci ildə peşə təhsilində qadınların iştirakı 29,6% idisə, 2025-ci ilədək bu göstərici 40%-ə çatdırılacaq.
Trend xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov brifinqdə çıxışında deyib.
O bildirib ki, bir sıra peşə təhsili mərkəzlərində, məsələn,Lənkəran nümunəsində, qadın məzunların sayı ilk dəfə 50%-ə çatıb.
“Qəbul planında regionlara da xüsusi yer verilib. Belə ki, yerlərin 60%-i regionlar üçün nəzərdə tutulur (Bakı – 40%, regionlar – 60%). Ən çox yer ayrılan ixtisaslar arasında aşpaz, dərzi, elektrik montyoru, mühasib və bərbər-vizajist ixtisasları yer alır”, - direktor qeyd edib.